Hava limanında TERRORÇU saxlanıldı: uçuşlar dayandırıldı

Hava limanında TERRORÇU saxlanıldı: uçuşlar dayandırıldı
14:47 5 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin paytaxtı Londondakı Heasrov hava limanının üç nömrəli terminalında, Türkiyədən gələn bir terror şübhəlisi yaxalanıb. Uçuşlar qısa müddətə dayandırılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Heasrov hava limanının sözçüsü etdiyi açıqlamada "Terminal 3-dəki uçuşlarımız təhlükəsizlik problemi səbəbiylə qısa müddətlik təxirə salınıb. Bütün sərnişinlərdən üzr istəyirik" deyib.

30 yaşlı sərnişin dünən gecə Londona enib və polis dərhal hərəkətə keçib. Sözügedən sərnişin terror hücumu hazırlamaq və terror təlimi almaqda günahlandırılır. Tutulan şübhəli polis mərkəzində sorğu-sual edilir.

Şübhəlinin mindiyi təyyarə yenidən İstanbula qayıdıb.

Yerli media polislərin Londonun şərqindəki bəzi ünvanlarda axtarış etdiyini bildiriblər.

Qeyd edək ki, Heasrov hava limanının 3 nömrəli terminalında İngiltərə-ABŞ və İngiltərə AB ölkələrinə uçuşlar həyata keçirilir.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR