Azərbaycanlı tanınmış aparıcı adam öldürdü

Yüksək sürət, diqqətsizlik, yaxud da təcrübəsizlikdən çox vaxt yol qəzaları baş verir.

Metbuat.az xəbər verir ki, bəzi yerli məşhurlarımız da özünü bu hadisələrdən qoruya bilməyənlər sırasındadır. Bəzən ya avtomobilləri əzilir, bəzən də kimisə əzirlər.

Sevil və Sevinc Səfərova bacıları da bu yaxında avtomobil ilə piyadanı vurmaları ilə gündəmə gələn məşhurlarımızdandır. Zərərçəkəni tezliklə xəstəxanaya çatdıran bacılar daha sonra onun səhhəti ilə yaxından maraqlanıb.

Azərbaycanın tanınmış modelyerlərindən hesab olunan "A Glamour" moda evinin rəhbəri modelyer Afaq İsmayılzadə qəza törədərək bir piyadanı vurub. Qəza nəticəsində piyadanın ayağında problemlər yaransa da, daha sonra onun səhhətində hər şey qaydasına düşüb.

Azərbaycanlı aparıcı Tunay Əliyevanın adı da avtomobil qəzası törədənlər sırasındadır. O, 2013-cü ildə idarəetməni itirərək piyadanı vurub. Qəza nəticəsində sözügedən şəxs dünyasını dəyişib.


Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov da yay istirahəti zamanı Bakıda olarkən maşınla adam vurub. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR