Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb
15:04 5 May 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirdi, Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu deyib.

Mehriban Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. O, Forumun gündəliyində olan məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR