“Azəriqaz” 26 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 26 yaşayış məntəqəsinə təbii qaz verilib.

Metbuat.az xəbər verir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İB tərəfindən cari ilin yanvar-aprel ayları ərzində 946,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 60,3 km qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Oğuz, Ucar, Quba, Qusar, İmişli, Saatlı, Sabirabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR