Ötən gün əməkdar artist Tünzalə Əliyevanın aparıcılıq etdiyi "Yerimdəyəm" verilişində ürəyi gedib.
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, aktrisanın proqram zamanı qəfil halı pisləşib, su istəyib və yerə yıxılıb. Daha sonra T.Əliyeva ayağa qalxaraq bunun səhnəciq olduğunu, qəsdən belə etdiyini söyləyib. Onun bu ifadəsi isə qınaqlara səbəb olub. Hər kəs T.Əliyevanı tamaşaçını aladatmaqda günahlandırıb.
"Toppuş bacı" ləqəbli aktrisa əməkdaşımızla söhbətində bildirib ki, əslində, həqiqətən də, halı pisləşib:
"Veriliş zamanı özümü çox pis hiss etdim. Həqiqətən də, halım pisləşdi və yıxıldım. Amma məcbur idim ki, tamaşaçıya deyim yalandan etdim. Məni izləməyə gələnlərə hörmət naminə durub dedim ki, hər şey qaydasındadır.
Həmin kadrları efirə verməyə bilməzdik. Sonra gəlib deyəcəkdilər ki, quramadır. İki aydır pəhriz saxlayıram, eyni zamanda da işim çoxdur. İki verilişim var, üstəlik seriala çəkilirəm, yüküm ağırdır. Qanım aşağı düşdü, ona görə də halım pisləşdi".
T.Əliyeva 2 ay ərzində 13 kiloqram çəki atdığını deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin: