"Bakıda keçirilən forum mədəniyyətlərarası dialoq üçün geniş imkanlar verir"

"Bakıda keçirilən forum mədəniyyətlərarası dialoq üçün geniş imkanlar verir"
15:27 5 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda keçirilən forum mədəniyyətlərarası dialoqa nail olmaq üçün bizə geniş imkanlar verir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Həmid Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" adlı panel sessiyasında çıxışı zaman deyib.

Məhəmməd Əli Həmid bildirib ki, mədəniyyətlərarası dialoq çox vacib mövzudur: "Biz öz rolumuzu dərk etməliyik. Müxtəlif müstəvilərdə əminamanlığın bərpa olunması bizim fəaliyyətimizdən asılıdır. Bu baxımdan forum böyük əhəmiyyətə malikdir. Mədəniyyətlərarası dialoqun yaranmasında parlamentlərin rolu əvəzolunmazdır. Biz ən mütərəqqi təcrübələrdən istifadə etməliyik ki, mədəniyyətlərarası dialoqa nail olaq. Bu baxımdan Bakıda keçirilən bu forum bizə geniş imkanlar verir".

Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR