Məşhur aktyor imicini dəyişdi

“Həyat sən nə qəribəsən” və “Bir ailəm var” seriallarının ssenaristi və aktyoru Elsevər Mehdizadə imicini dəyişib.

Metbuat.az-a açıqlama verən aktyor dəyişikliyin çəkiləcək filmlə bağlı olduğunu deyib.

“İmicimi Kənan MM-in yeni filmi “Dəmir qazan” üçün dəyişmişəm. Kənan məni filmdə baş rola dəvət edəndə, dedi ki, saçı-saqqalı qırxdırıb gəlim. Mən adətən hər film və serialda imicimi dəyişirəm. Bu imicimi də çox sevdim. Filmdə Nofəl Şahlaroğlu ilə baş rolları ifa edirik. Çəkilişlərin mayın 21-nə qədər bitəcəyi gözlənilir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR