FHN-nin Akademiyasında Heydər Əliyevin 94-cü ildönümü qeyd edilib

FHN-nin Akademiyasında Heydər Əliyevin 94-cü ildönümü qeyd edilib
15:44 5 May 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında mayın 5-də Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tədbir iştirakçıları akademiyanın həyətində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

 

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətlərdəndir: “Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. 30 ildən artıq bir müddətdə respublikamıza rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu tükənməz irs xalqımız üçün mayak rolunu oynayacaq. Daima Azərbaycan xalqının maraqlarını düşünən ümummilli lider azərbaycanlı olması ilə fəxr edirdi. Dahi Rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilmişdir”.

 

Sonra Milli Məclisin üzvü, professor Hüseynbala Mirələmov Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.

 

Tədbirin sonunda Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR