Belçika polisi Türkiyə vətəndaşını öldürüb

20:08 7 Yanvar 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belçikanın Vervye şəhərində polisin açdığı atəş nəticəsində Cəmil Kaya adlı Türkiyə vətəndaşı dünyasını dəyişib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, Türkiyənin Nevşehir vilayətinin sakini olub.

C.Kaya küçə ilə gedərkən üzərində bıçaq daşıdığı üçün ona müdaxilə edən polislə mübahisə edib.

Türkiyə vətəndaşının sinə nahiyəsindən vurulduğu bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2350807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR