Qatil şagird: "50-100 adamı öldürmək nə gözəl olardı" - VİDEO - FOTO

Qatil şagird: "50-100 adamı öldürmək nə gözəl olardı" - VİDEO - FOTO
15:47 5 May 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bursa şəhərində lisey şagirdinin sinif yoldaşı olan qızı öldürərək intihara cəhdi haqda məlumat vermişdik.

Osmanqazi mahalında lisey şagirdi Acarı öldürən H.Ç.-nin yoldaşlarıyla bütün WhatsApp yazışmaları ortaya çıxıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Azadlıq Məhəlləsində lisey şagirdi H.Ç. (16) səhər erkən saatlarda gəldiyi məktəbdə, aralarında problem olduğu öyrənilən Nilüfer Acarı (16) özüylə gətirdiyi silahla sinif yoldaşlarının gözləri qarşısında güllələyib. H.Ç. daha sonra intihara cəhd edib.

WhatsApp yazışmalar ORTAYA ÇIXDI

H.Ç.-nin sinif yoldaşları ilə WhatsApp qrupunda yazışmaları ortaya çıxıb. O, hadisədən çox qısa müddət əvvəl yazdığı mesajda: "Arxamca qatil deməyin. Qız özü istədi. Sinifə gəlib qatil olmağı istərdim. Ya da çöldə 50-100 adamı öldürmək nə gözəl olardı. Amma imkanlar buna əl vermir. Həm riskə də gedə bilmərəm. Həqiqət ölümdə gizlidir, ölümsə həqiqətin özüdür. Bazar ertəsi sıraya üç-beş çiçək qoyarsınız, sonra unudub gedərsiniz. Mənə qalsa, o çiçəkləri də qoymayın. Nəyim varsa, sağa-sola dağıdın. Yaşayarkən işə yaramadım, barı, ölüncə bir işə yarayım", - dediyi məlum olub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Şagird sinifin ortasında sevdiyi qızı öldürdü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR