Səfir: "Macarıstanda azərbaycanlı turistlərin sayı artır"

Səfir: "Macarıstanda azərbaycanlı turistlərin sayı artır"
15:52 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycandan ötən il təqribən 5000 turist Macarıstana səfər edib.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib.
Onun sözlərinə görə, "WizzAir" aviaşirkətinin Bakıdan Budapeştə ucuz reyslər açması sayəsində turistlərin sayı artır: "İl ərzində təqribən 5000 viza veririk, ancaq multivizası olanları da nəzərə almaq lazımdır".
Macarıstanın Azərbaycanda mədəni tədbirlər təşkil etməsi haqqında danışan səfir mart ayında ölkəmizdə Macarıstan Günlərinin keçirildiyini xatırladıb. 
"Biz həmçinin macar bəstəkar Todayın anadan olmasının ildönümünü qeyd etmək niyyətindəyik", - diplomat deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/sefir-macaristanda-azerbaycanli-turistlerin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR