Beynəlxalq Muğam Mərkəzində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir

Beynəlxalq Muğam Mərkəzində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş tədbir
16:05 5 May 2017
Ölkə mətbuatı
A- A+

İyunun 2-si Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili-ədəbi gecə keçiriləcək.

Milli.Az xəbər verir ki, konsertdə ADMİU - nun Muğam sənəti kafedrasının baş müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və ADMİU - nun II kurs tələbəsi Məftun Səfərli  iştirak edəcəklər.

Müşayiət edəcək ADMİU-nun xalq çalğı alətləri ansamblı: Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban), Soltan Məmmədov (nağara).

Bədii qiraət: Əməkdar artist, dosent Azad Şükürov Tədbir saat 19:00-da başlanacaq. Biletlər şəhərin kassalarında və iticket.az saytında satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/542023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR