Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər

Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər
16:07 5 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi Rayon İcra Hakimiyyəti “Nicat” MMC-ni təkzib edib
Bakı. 5 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər.
“Report”un hadisə yerində olan müxbirinin veridiyi məlumata görə, 5-ci mikrorayon ərazisində yerləşən Asif Məhərrəmov küçəsi 46, 48, 50 və 52-ci saylı binaların sakinləri sıx ərazidə tikiləcək obyektin onların həyatını çətinləşdirəcəyini bildirirlər.
Sakinlər obyektin tikintisindən sonra 4 binaya gediş gəlişin çətinləşəcəyini, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolun bağlanacağını deyiblər.
İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını bildiriblər. 
Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilən sorğunun cavabında isə bildirilib ki, həmin ərazidə şahmat klubunun tikintisi nəzərdə tutulmayıb.









Xəbərin orijinal ünvanı: https://report.az/hadise/nesimi-rayonunda-sakinler-binalarin-arasinda-tikintinin-baslanmasina-gore-etiraz-aksiyasi-kecirirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR