Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir: "Təhlükəli səhnələr var"

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir: "Təhlükəli səhnələr var"
16:12 5 May 2017
111 Şou
Ölkə mətbuatı
A- A+

Ölkəsindəki müharibədən qaçıb Türkiyəyə sığınan suriyalı mühacirlərin həyatı ilə bağlı film çəkilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Yüzme öğreniyorum" adlanan film ər-arvad olan Ruksan və Hasanın həyatından bəhs edəcək. Baş rolları isə azərbaycanlı aktrisa Könül Nağıyeva və türkiyəli Ergün Kuyucu canlandıracaq. Filmin çəkilişləri İzmir və Ege dənizi sahillərində baş tutacaq.

K.Nağıyeva çəkiliş zamanı onu çətin anların gözlədiyini söyləyib. O bildirib ki, dəniz altında çəkiləcək səhnələr çox təhlükəlidir. Çünki son üç ildə Ege dənizində 500 adam boğulub. Filmin prodüseri və ssenari müəllifi Serpil Altındır. Çəkilişlərə iyunda başlanılacaq.

"Mühacir olmaq müharibədən xilas olub, canını qurtarmaq mənasını vermir. Milyona qədər insan evini tərk edib, daha çətin şərtlərdə yaşamağa başlayır. Səhər oyananda nələrlə qarşılaşacağını bilmirsən və həyat mübarizəsi aparırsan" - deyə, Könül rolu haqqında danışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/542033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR