Prezident qızının dodaqları üçün SIRAYA DÜZÜLDÜLƏR - FOTOLAR

Prezident qızının dodaqları üçün SIRAYA DÜZÜLDÜLƏR - FOTOLAR
16:18 5 May 2017
185 Şou
Ölkə mətbuatı
A- A+

İvanka Trampın siyasi fəaliyyəti mübahisə doğura bilər, amma gözəlliyi əsla!

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın dolğun dodaqları trend olub. Prezident qızının aristokrat gözəlliyi o qədər populyar olub ki, plastik cərrahlar əməliyyatla özünü ona bənzətmək istəyən qadınlardan çoxsaylı istəklər alıb. Əksəriyyəti dodaqlarının məhz İvankanınkı kimi dolğun, göz quruluşunun onun kimi qıyıq, almacıq sümükləri də eyni ilə onunki kimi olmasını istəyib. Qüsursuz üz cizgilərinə malik olan İvanka Trampın burun və çənə forması da çox bəyənilir.

Los-Anceles şəhərində klinikalardan birində çalışan Qabrial Çiu bildirib ki, İvankanın nazik burnu, xırda gözləri, dolğun dodaqları bir çox məşhurun gözəlliyi üzərində qələbə çalır.

Digər plastik cərrah Şeron Qize əlavə edir ki, daha gənc xanımlar Kayli Jennerə bənzəməyə üstünlük verir: “20 yaşına qədər olan xəstələr Kayli Jennerə, 30 yaşdan yuxarı qadınlar isə daha klassik gözəlliyə üstünlük verir. Xüsusilə İvanka Trampa bənzəməyə bənzəməyə çalışanların sayı durmadan artır”.

Yeri gəlmişkən, iki ay öncə xarici KİV-də Çində kişilərin də zahirən Cared Kuşnerə bənzəmək üçün əməliyyat etdirdiyi irəli sürülüb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR