Bakıda qardaşını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

Bakıda qardaşını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL
16:27 5 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Dənizkənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyinin saytında yayılan məlumata görə, 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
 
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq boğulmaq təhlükəsi ilə üzləşən vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:00-da başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 133 ünvanının yaxınlığında - Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin qarşısında özünü dənizə atan qadının 1998-ci il təvəllüdlü Şıxəliyeva Rəna Adil qızı olması müəyyən edilib. FHN-in xilasediciləri tərəfindən sudan çıxarılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şıxəliyevanın qardaşı bir neçə gün əvvəl vəfat edib. Bundan sonra o, dərin psixoloji sarsıntı keçirib. Bu səbəbdən də o, özünü bulvarda dənizə ataraq həyatına son qoymaq istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR