"Məşhur müğənnidən hamiləyəm" - FOTO

"Məşhur müğənnidən hamiləyəm" - FOTO
16:32 5 May 2017
144 Dünya
Ölkə mətbuatı
A- A+

Cennifer Lopezin keçmiş sevgilisi Dreyk maqazin mətbuatında şokedici bir iddia ilə manşetlərə çıxıb. 30 yaşlı müğənninin Lopez ilə eşq yaşadığı dövrdə Sofie Brussaux ilə birlikdə olduğu iddia edilir.

Sofie Brussaux TMZ-yə etdiyi açıqlamada, Dreykdən hamilə olduğunu deyib.

27 yaşlı porno ulduzun iki vəkil tutduğu və məşhur müğənninin uşağına sahib çıxmağı üçün əlindən gələni etməyə hazır olduğu qeyd edilir.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, iddiaya görə, 3,5 aylıq hamilə olan porno ulduzun əlində, Dreyk ilə aralarında sözügedən övlad mövzusuna dair mesajlar var. Mesajlarda hamilə olduğunu söyləyən qadına abort etdirməsi üçün məşhur müğənninin təzyiq etdiyi deyilir.

Dreykin mətbuat katibi müğənninin körpənin atası olduğu təsdiqlənəcəyi təqdirdə övladı üçün lazım olanı edəcəyini, amma iddianı ortaya atan şəxsin keçmişinin bu mövzuda sual işarəsi yaratdığını deyib.

İddialar doğru çıxarsa, 30 yaşlı müğənninin Cennifer Lopezi aldatdığı da ortaya çıxacaq. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR