Sünnət olunmaq tibbi cəhətdən zərərlidir?

Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir.

"Sünnət cərrahi prinsiplərə uyğun steril şəraitdə sakitləşdirici, lokal anesteziya və ya ümumi anesteziya ilə icra olunmalıdır”.

Bunu Metbuat.az-a açıqlamasında uroloq-androloq Xalid Kərimov deyib: “Sünnətin icrasından sonra tikişlər incə və sorulan sapla qoyulur. Hər bir cərrahi əməliyyatda olduğu kimi sünnət zamanı da ağırlaşma ola bilər. Anesteziya verilmədikdə, uşaq stress yaşaya bilər”.

Həkimin sözlərinə görə, anadangəlmə qüsur olan uşaqlarda valideyn istər-istəməz uşağı sünnət etdirməlidir. Əks halda, sünnət vacib bir prosedur deyil.

Sünnətin tibbi cəhətdən fəsadları var?

Həkimin sözlərinə görə, tibbi baxımdan sünnətin üstün və çatışmayan cəhətləri var: “Üstün cəhəti odur ki, statistikaya görə, sünnət olan uşaqlarda olunmayanlara nəzərən cinsiyyət orqanının başının xərçənginə daha az rast gəlinir. Digər məsələ isə gigiyenadır. Sünnət olunmuş uşaqlarda cinsiyyət orqanına qulluq daha asan olur. Sünnət olunmuş uşaqlar cinsi yolla keçmiş infeksiyalara daha tez yoluxur. Həmçinin sünnət olunmuş uşaqlarda cinsiyyət üzvünün həssaslığı azalır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR