Biznesmen oğlunun törətdiyi hadisəyə görə cinayət işi açılıb - Yol polisi hələ gözləyir

Biznesmen oğlunun törətdiyi hadisəyə görə cinayət işi açılıb - Yol polisi hələ gözləyir
17:05 5 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 3-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərəkətdə olan "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobilin gənc qadını vurub öldürməsi hadisəsi cəmiyyətdə geniş müzakirə olunur. Hadisəni tərədən 15 yaşlı Ağəli Fərəcov biznesmen Füzuli Fərəcovun oğludur. Çoxları onun cinayət məsuliyyətindən kənar tutulacağını düşünür.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, insan ölümü olduğu üçün cinayət işi açılıb.
"Cinayət işi qaldıranda tədbir görülür. Cinayət işi tam araşdırılandan sonra bu barədə ətraflı məlumat veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR