Şimali Koreyadan çox sərt açıqlama

Şimali Koreya ABŞ-ı hiddətləndirəcək növbəti açıqlama verib.

Metbuat.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi nüvə silahının tətbiqi üçün görülən işlərin maksimum səviyyəyə çatdırılacağını bildirib:

“ABŞ Şimali Koreyaya təzyiqi artırdıqca, biz də hazırlıqları maksimum səviyyəyə çatdıracağıq. Liderin əmrini gözləyirik”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp məsələnin diplomatik yolla həllinin yalnız Şimali Koreyanın nüvə proqramını dayandıracağı təqdirdə mümkün ola biləcəyini qeyd edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR