Xəyaləni öldürən 14 yaşlı gənc azadlığa buraxıldı

Ötən gün 14 yaşlı Ağaəli Fərəcov idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı, 24 yaşlı Xəyalə Məmmədovanı vurması ciddi söz-söhbətə səbəb olub.

Gündəmi zəbt edən bu məsələylə bağlı bəzi suallar meydana çıxıb. Görəsən, Ağaəli Fərəcovun idarə etdiyi avtomobil cərimə olunub? Yaxud sözügedən şəxs haqda hansı tədbirlər görüləcək? Məsələylə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az-a danışıb:

“Bu gün dəfələrlə mənə zəng vurublar. Hər dəfəsində də eyni açıqlamanı vermişəm. Bu adam piyadanı vurubsa və cəza tətbiq olunacaqsa, bunu mən deyə billmərəm. İstintaq davam edir. Hər halda onun bu əməliylə bağlı tədbirlər görüləcək. Hər gün 2000-ə yaxın protokol yazılır. İndi araşdırma aparırıq, görək bu adamın avtomobili Dövlət Yol Polisi tərəfindən saxlanılıbmı, qayda pozubmu? Mətbuatda onun avtomobili ilə fotoları paylaşılıb. Lakin dəqiq deyil ki, o həmin avtomobili daimi şəkildə idarə edib.”.

Qeyd edək ki, hazırda yol nəqliyyat hadisəsi ilə bağlı istintaq gedir. Hadisənin törədilmə şəraiti, səbəbi və digər məsələlər araşdırılır. Vuran şəxs dindilrilib, lakin yetkinlik yaşına çatmadığı üçün azadlığa buraxılıb.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR