MKİ-nin kiberhücum texnologiyası İFŞA EDİLDİ: “Ağlayan mələk” dərc olundu

MKİ-nin kiberhücum texnologiyası İFŞA EDİLDİ: “Ağlayan mələk” dərc olundu
17:23 5 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur "Vikiliks" təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “Arximed" adlı texnologiyasının təsvirini dərc edib.

Publika.az xəbər verir ki, təşkilatın rəsmi saytında yerləşdirilən məlumata görə, “Arximed” xüsusi xidmət orqanlarına lokal şəbəkələrin daxilində olan kompüterlərə kiberhücumları təşkil etməyə imkan verir.

“Vikiliks” bildirir ki, MKİ “Arximed”i lokal şəbəkəyə qoşulmuş kompüterlərdən biri üzərində nəzarəti təmin etmək, həmçinin başqa kompüterlərin məlumatlarına girişi əldə etmək məqsədi ilə tətbiq edir.

Qeyd edək ki, “Arximed” “Vault 7” seriyasından “Vikiliks”in yeni dərcidir. “Vikiliks” martın 7-dən MKİ tərəfindən kiberhücumlar üçün tətbiq edilən müxtəlif üsulları haqqında məlumatları dərc etməyə başlayıb. “Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc olunub. Martın 31-də dərc edilən “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var idi. HIVE (“Arı pətəyi”) kimi göstərilmiş əvvəlki hissə aprelin 14-də elan edilmişdi. Aprelin 21-də isə məxfi sənədlərin yeni hissəsi olan “Ağlayan mələk” dərc olunub.

Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zaman bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir. Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

MKİ-nin haker proqramlarının hazırlamasında Britaniyanın əks-kəşfiyyat xidməti (Mİ5) ilə əməkdaşlıq etdiyi bildirilir.

Qeyd edək ki, “Vikiliks” mənbələrini açıqlamadan müxtəlif xarakterin məxfi sənədlərin internetdə dərci üzrə ixtisaslaşan beynəlxalq qeyri-kommersiya təşkilatıdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR