Bakıda jurnalistlər üçün təlim başa çatdı - VİDEO

Bakıda jurnalistlər üçün təlim başa çatdı - VİDEO
17:44 5 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda “Travma hadisələrinin işıqlandırılmasında beynəlxalq təcrübə” mövzusunda təlim başa çatıb.
 
APA TV-nin xəbərinə görə, bugünkü təlimlərə jurnalistlərlə yanaşı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, hüquqşünaslar da qatılıb.
 
Seminarda psixiatr, Səhiyyə Nazirliyinin Ruhi Sağlamlıq Mərkəzində Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Kəmalə Talıbova çıxış edərək, travma qurbanlarına ilk yardım, reabilitasiya işinin təşkili barədə danışıb. Jurnalistləri maraqlandıran suallara cavab verib.
 
Beynəlxalq təlimçi, jurnalist Arnold İsaks jurnalistlərə travmalı insanlardan necə müsahibə almağın yollarını əyani şəkildə göstərib.
 
Qeyd edək ki, üç günlük təlim ABŞ səfirliyinin “Alumi MAX” proqramı çərçivəsində, “APA Holding”in informasiya dəstəyi və bir sıra təşkilatların təşkilatçılığı ilə baş tutub. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR