36 nömrəli uşaq musiqi məktəbi hesabat konserti təqdim edib - FOTO

36 nömrəli uşaq musiqi məktəbi hesabat konserti təqdim edib - FOTO
17:47 5 May 2017
Ölkə mətbuatı
A- A+

Mayın 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib.

Milli.Az bildirir ki, konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər. 

Konsertdə 36 nömrəli uşaq musiqi məktəbi istedadlı şagirdlərinin ifasında M.Maqomayev "Mavi əbədiyyət", S.Rüstəmov "Qaytağı", "Bayatı-Şiraz" kompozisiyası, A.Gəray "Şahnazsayağı", A.Zeynallı "Ölkəm", "Çahargah" kompazisiyası, C.Rossini "Oğru sağsağan", İ.S.Bax "Zarafat", C.Gardel "Por Una Gabeza" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/542040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR