Nazir: “Azərbaycan turistlər üçün əlverişli və cəlbedici ölkədir”

Nazir: “Azərbaycan turistlər üçün əlverişli və cəlbedici ölkədir”
17:53 5 May 2017
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın müstəqillik tarixi çox qədim deyil. Ona görə də turizimlə bağlı bizim xarici və qonşu dövlətlərdən öyrənəcəyi çox şeylər var”.

Publika.az xəbər verir ki, bunu mədəniyyət və turizim naziri Əbülfəz Qarayev bu gün Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.

Nazir deyib ki, hazırda Azərbaycanın torpaqları işğal altındadır:

“Bizim torpaqlarımız 25 ildən çoxdur ki, işğal altındadır. Bu işğal nəticəsində Qarabağ müharibələr alovlanıb. Biz yalnız 2001-ci ildən turizimlə ciddi məşğul olmağa başlamışıq. Bu münaqişə turizmin inkişafına da mənfi təsir gstərib”.

Ə.Qarayev son zamanlar Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının artdığını söyləyib:

“Burada müsəlman və digər dövlətlərdən xeyli sayda qonaqlar gəlib. Onlar da turistdirlər, Azərbaycanla yaxından tanış olurlar. Ərəb ölkələrindən gələn turistlərin Azərbaycana marağı artıb. Ancaq biz istəyirik ki, təkcə müsəlman ölkələrindən deyil, Avropa və digər regionlardan da Azərbaycana gələn turistlərin sayı artsın. Azərbaycan turistlər üçün əlverişli və cəlbedici ölkədir. Bizim ölkəmizdə sabitlik və təhlükəsizlik turistlər üçün vacib əhəmiyyət kəsb edir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/197707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR