Rusiya-ABŞ müharibəsi? - Qərarı Çin verəcək

Rusiya-ABŞ müharibəsi? - Qərarı Çin verəcək
17:58 5 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

“Şimali Koreyanın dəniz blokadası onun limanlarına daxil olan bütün gəmilərin yoxlanılması deməkdir. Belə ölçülərə Kremlin reaksiyasını proqnozlaşdırmaq çətindir”.

Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya hərbi eksperti və jurnalisti Pavel Felqenqauer Ukraynanın “Obozrevatel” nəşrinə deyib.

Onun sözlərinə görə, Şimali Koreyada nüvə silahının yeni sınaqları özü ilə yeni sanksiyaları, ardınca dəniz blokadasını gətirə bilər. Ekspert qeyd edir ki, belə ölçülərə Rusiyanın reaksiyası Çinin mövqeyindən əhəmiyyətli dərəcədə asılı olacaq.

Pavel Felqenqauer Rusiyanın Çinin nüfuz dairəsində hərəkət etdiyini bildirib.

Eyni zamanda, Felqenqauer əmindir ki, hələ dəniz blokadası elan edilmədiyi üçün hansı hadisələrin baş verəcəyini proqnozlaşdırmaq tezdir.

Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsinə görə, ABŞ administrasiyası Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların icrası kontekstində Rusiyaya məxsus Vladivastok, Naxodki və Vanino limanlarını xüsusi nəzarətə götürə bilər. Sənədə əsasən, ABŞ prezidenti qanunun qüvvəyə minməsindən sonra 180 gün ərzində Konqresə BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qərarını pozan limanlar və aeroportlar haqqında hesabat verməlidir. Qanun layihəsində həmçinin Çin, İran və Suriyanın da dəniz limanlarının nəzarətə götürülməsi əksini tapıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR