Elmar Məmmədyarov Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb
18:01 5 May 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Etnik Anlaşma Fondunun prezidenti ravin Mark Şnayeri qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinın hazırkı vəziyyəti, habelə ABŞ-dakı yəhudi icması ilə ölkəmiz arasında qurulmuş uğurlu əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mark Şnayer Azərbaycanda tarixən mövcud olan dini dözümlülüyü yüksək qiymətləndirib və yəhudilərin burada özlərini rahat və təhlükəsiz hiss etdiyini diqqətə çatdırıb. O, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqın təşviqində Azərbaycanın rolunu xüsusi vurğulayıb.

Görüşdə, həmçinin, ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün icmalararası əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2750679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR