“Expressbank”ın əməliyyat sistemində nasazlıq yaranıb

“Expressbank”ın əməliyyat sistemində nasazlıq yaranıb
18:02 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ “Expressbank” ASC-nin əməliyyat sistemində problem yaranıb. “Report”un Bankın müştərilərindən əldə etdiyi məlumata görə, Banka aid “Expresspay” terminalları ilə kart hesabına ötən gün pul yatıran müştərilərin vəsaitləri hələ də hesablarına köçürülməyib.
“Expressbank”ın 132 nömrəli Qaynar Xəttindən isə bildirilib ki, bu, “MilliKart” Prosessinq Mərkəzinin işi ilə bağlı yaranan problemdir.
Adıçəkilən prosessinq mərkəzindən vəsaitin kart hesabında əks olunmaması səbəbinin bəzi plastik kartların sistemdə yeni kart kimi görünməsi ilə bağlı olduğunu qeyd ediblər: “Müştəri plastik kartını bankın bankomatına daxil edərək PİN kodu yığaraq onu aktivləşdirməlidir”.
Lakin bu əməliyyatı da həyəta keçirən müştərilər problemin həll edilmədiyini vurğulayıblar. Yekunda “Expressbank”dan məsələnin rabitə sistemindəki problemlərlə əlaqəli olduğu bildirilib: "Əməkdaşlarımız problemin həlli ilə məşğuldur. Gün ərzində problem aradan qaldırılacaq və vəsait hesablara köçəcək".
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 25%-i Hikmət Xammədova, 17%-i Hafiz Seyidova, qalan 58%-i isə iki hüquqi şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/expressbank-in-emeliyyat-sisteminde-nasazliq-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR