"Qarabağ" Naxçıvandan KUBOKLA GƏLİR

"Qarabağ" Naxçıvandan KUBOKLA GƏLİR
18:08 5 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib.

Publika.az xəbər verir ki, Naxçıvanda baş tutan oyunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib.

Görüş Ağdam təmsilçisinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib.

Beləliklə, "Qarabağ" ardıcıl ikinci mövsümü "qızıl "dubl"la başa vurub. Komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub.

Qeyd edək ki, oyunu 12 minədək tamaşaçı izləyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR