Maşın dərəyə yuvarlandı: ölən və yaralanan var - FOTO

Maşın dərəyə yuvarlandı: ölən və yaralanan var - FOTO
20:12 7 Yanvar 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonu ərazisində 1 nəfərin olümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az Kəpəz TV-yə (Regional TV) istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonunun Quşçu kəndində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 34 yaşlı Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə Gəncə istiqamətində hərəktdə olarkən idarəetmənin itirilməsi nəticəsində dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə yüngül xəsarətlər alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində arşdırma aparılır. Hadisənin dəqiq təfərrüatları aparılan avtotexniki ekspertizanın rəyindən sonra müəyyən olunacaq.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR