Tahir Gözəl: "Ardıcıl üçüncü mövsüm "qızıl dubl" edərək, tarix yazdıq"

Tahir Gözəl: "Ardıcıl üçüncü mövsüm "qızıl dubl" edərək, tarix yazdıq"
18:47 5 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Naxçıvan. 5 may. REPORT.AZ/ "Möhtəşəm oyun oldu. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığıml bildirirəm. Hər şey əla idi". 
"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl "Qəbələ"ni 2:0 hesabı ilə yenərək, Azərbaycan Kubokuna sahib olduqları final matçından sonra deyib. O bildirib ki, komandası ardıcıl üçüncü mövsüm "qızıl dubl" etməklə tarix yazıb: "Səhv edirəmsə, düzəldin: "Qarabağ" ardıcıl 3 mövsüm "qızıl dubl" edən ilk klub oldu. Bu mənada tarix yazdıq. Çox xoşbəxtəm".
Klub rəhbəri növbəti hədəflərinin Çempionlar Liqasının finalına vəsiqə qazanmaqdan ibarət olduğunu söyləyib: "Üç dəfədir qapını döyürük alınmır. Ümid edirəm ki, bu dəfə alınar".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/tahir-gozel-ardicil-ucuncu-movsum-qizil-dubl-ederek-tarix-yazdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR