"Qızıl dubl"u komandama həsr edirəm" - Qurban Qurbanov

"Qızıl dubl"u komandama həsr edirəm"  - Qurban Qurbanov
18:57 5 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Ölkə kubokunun Naxçıvanda baş tutan finalından  sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media mənsubları önünə çıxıb. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matç haqda danışıb: 


 "Bütün naxçıvanlılara təşəkkür etmək istəyirəm. Həqiqətən komandaya motivasiya verdilər. Komandamı da təbrik edirəm ki, uğura imza atdılar. Ağır mövsümdən sonra kubokun sahibi olmaq asan deyil. Həqiqətən çox əziyyət çəkdilər. Gərgin oyunlarımız oldu. Oyundan və nəticədən razı qaldım. Hər dəfə uğur əldə etdikdə məsuliyyətimiz daha da artır. Bundan sonra daha da bir olub uğurları davam etdirməyə çalışacağıq".


- "Qarabağ"da nə vardı ki, "Qəbələ"də olmadı?
- Çətin sualdı. Konkret nəsə deyə bilmtrəm. Çətin oyun oldu. Həm hava şəraiti həm də meydança ağır idi. Buna baxmayaraq futbolçular dəqiq oynamağa çalışdılar. "Qəbələ" haqda nəsə deyə bilmərəm. Onlara qarşı həmişə oyunumuz çətin alınıb.
- Məzuniyyətdən nə vaxt qayıdacaqsız?
- İyunun 1-dən Bakıda yığışmağı planlaşdırırıq.
- Bugünkü "qızıl dubl"u və qələbəni kimə həsr edirsiz?
- Öz komandamıza.
- Rəşadın zədəsi nə yerdədi? Mövsümdə dəyişikliklərlə bağlı nə deyə bilərsiz?
- Rəşadın zədəsi bir qədər ağır oldu. Həkim müayinəsindən sonra qərar verəcəyik. Transferlər olacaq. İmkan daxilində bir 
neçə futbolçu əldə edə bilsək yaxşı olar.



Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqzl-dublquotu-komandama-hsr-edirmquot-t57891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR