Xarici işlər naziri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri ilə görüşüb

Xarici işlər naziri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri ilə görüşüb
19:02 5 May 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib.
"Report"a XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir olunub, təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edilib.
Görüşdə, həmçinin, Bakı prosesinin əhəmiyyəti qeyd olunub və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər dünyada sülh və sabitliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğulayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xarici-isler-naziri-bmt-nin-erzaq-ve-kend-teserrufati-teskilatinin-kabinet-rehberi-ile-gorusub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR