Antisanitar şəraitdə saxlanılan və satılan kolbasa məmulatları aşkarlanıb

Antisanitar şəraitdə saxlanılan və satılan kolbasa məmulatları aşkarlanıb
19:04 5 May 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 5-də Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H. Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib.  Kənd Təsərrüfati Nazirliyi Yaninda Dövlət Baytarliq Nəzarəti Xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda soyuducusuz, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunub. İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi saxlanma müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.

 

Aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Obyektin qapısı komissiyanın iştirakı ilə bağlanaraq, möhürlənib və sahə polis müvəkkilinə təhvil verilib.

 

Kolbasa məhsullarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbir görüləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR