Maradona bu klubu çalışdırmaq istəyir

Maradona bu klubu çalışdırmaq istəyir
19:12 5 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin əfsanəvi futbolçusu Dieqo Armando Maradona açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu Mauriso Sarrinin gedişi  baş tutsa, "Napoli"də baş məşqçi olmaq istədiyini dilə gətirib:

"Napoli"də baş məşqçi olmaq? Əgər şəhər sakinləri istəsə, niyə də yox? Amma öz problemlərimi həll etməliyəm. Onda sonra "Napoli"nin "sükanı arxası"na keçərəm. "Napoli"də yaxşı işlər görməliyik, çünki mən güclü komanda qurmaq istərdim. "Yuventus", "Roma", "İnter" və "Milan"la rəqabət aparmğı bacaran klub yaratmalıyıq".

Maradona "Napoli"nin səfiridir. 56 yaşlı mütəxəssis 2008/10-cu illərdə Argentina millisini, 2011/12 mövsümündə isə BƏƏ-nin "Əl Vasl" klubunu çalışdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR