Nazir: "Polad Bülbüloğlu seçilərsə YUNESKO-nun Baş direktoru vəzifəsinin öhdəsindən layiqincə gələcək"

Nazir: "Polad Bülbüloğlu seçilərsə YUNESKO-nun Baş direktoru vəzifəsinin öhdəsindən layiqincə gələcək"
19:22 5 May 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələri ilə görüşüb.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla UNESCO arasında qurulmuş uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib və təşkilatın ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil, elm sahəsində islahatların aparılması işinə əsaslı dəstəyini verdiyi vurğulanıb.
UNESCO ilə Azərbaycan arasında əlaqələrin inkişafında birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rolu yüksək qiymətləndirilib.
UNESCO-nun səfirləri Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı məzmunlu çıxışını və sələndirdiyi fikirlərini təqdir ediblər.
Nazir Elmar Məmmədyarov Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə namizədliyinə toxunub, onun seçildiyi təqdirdə bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/nazir-polad-bulbuloglu-secilerse-yunesko-nun-bas-direktoru-vezifesinin-ohdesinden-layiqince-gelece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR