"Bu gün bizdən güclüydülər" - Roman Qriqorçuk

"Bu gün bizdən güclüydülər"  - Roman Qriqorçuk
19:27 5 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Kubokun finalından sonra "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk mətbuat konfransı keçirib. Fanat.Az-ın əməkdaşının da qatıldığı konfransda ukraynalı belə deyib: 
"Layiqli qələbə qazandılar. Qarabağ"ı təbrik edirəm. Bu gün doğrudan da bizdən güclü idilər. Onlara uğurlar arzulayıram".
- Məğlubiyyətin səbəblərindən biri ki kimi yorğunluğu göstərmək olarmı?
- Deməzdim ki, bu gün uşaqlar fiziki yorğun idilər. Sadəcə, istək, gözlərindəki alov çatışmırdı.
- Qısaca olaraq "Qəbələ"nin "Qarabağ"dan nədə geridə olduğunuzu 3 kəlmə ilə deyə bilərsiz?
- Mövsümü analiz edə bilməyəcəyik. Bu günkü oyuna görə də səbəbləri dedim. Analizlərdən sonra bir nəticəyə gələcəyik.  - Meydançanın sərt olması və hava temperaturu komandanın oyununa necə təsir etdi?
- Bundan şikayət edə bilmərəm. "Qarabağ"la eyni şərtlər altında oynayırdıq. "Qarabağ" belə vəziyyətlərdən çıxış yolu tapdı. Biz də eynisini etməliyik.
- Komandanın 90 faizi qeyri-müəyyənlik var. Həm onların həm də sizin müqaviləniz yoxdu. Digər tərəfdən dəyişikliklər haqda düşünürsüzmü?
- Dəyişikliklərlə bağlı öz aramızda danışmışıq. Qərar almışıq ki mövsüm başa çatana qədər heç kim heç nə deməyəcək. Çempionatın başa çatmasını gözləyirik. Bundan sonra qərar verəcəyik. 

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-gun-bizdn-gucluydulrquot-t57892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR