Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakıda 100 kq yararsız kolbasa aşkarlayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakıda 100 kq yararsız kolbasa aşkarlayıb
19:32 5 May 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) “Report”a bildiriblər ki, baxış zamanı 20 kvadratmetr sahədə, havalandırma və soyuducu sistemi olmayan qarajda soyuducusuz, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kiloqram olan kolbasa məmulatının saxlanıldığı və satıldığı aşkarlanıb.
İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi saxlanma müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş “Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilib.
Aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Obyektin qapısı komissiyanın iştirakı ilə möhürlənib və sahə polis müvəkkilinə təhvil verilib.
Kolbasa məhsullarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbir görüləcək.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/dovlet-baytarliq-nezareti-xidmeti-bakida-100-kq-yararsiz-kolbasa-askarlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR