"Düzü, uduzacağımızı düşünürdük" - "Qarabağ"ın kapitanı

"Düzü, uduzacağımızı düşünürdük"  - "Qarabağ"ın kapitanı
19:47 5 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun finalında "Qəbələ"yə 2:0 hesabı ilə qalib gələn “Qarabağ”ın kapitanı Rəşad Sadiqov jurnalistlərə müsahibə verib.O, Fanat.Az-ın Naxçıvana ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.


- Karyeramın sonuna yaxın “qızıl dubl” etmək çox gözəl hissdi. Düzü, oyundan əvvəl uduzacağımızı fikirləşirdik. Birinci hissə çox gərgin keçdi. Amma fasilədən sonra komanda xeyli artırdı və lazım olan nəticəni əldə etdik.

- Zədən nə qədər ciddidi?

- Ayağım burxuldu. Dizimdə ağrılar var idi. Sabah yoxlanış olacaq.

- Şimali İrlandiya ilə oyun üçün təhlükə varmı?

- İndidən bu barədə nəsə demək olmaz. Sabahkı müayinədən sonra hər çey bəlli olacaq.

- Mövsümü qısaca necə dəyərləndirərdin?

- Bu ilki rəqabət daha güclü idi. Əvvəlki iki mövsümdə bu qədər çətinlik çəkmirdik. Əgər 2-3 oyunda çətinlik yaranırdısa, bu mövsüm 7-8 oyunda problemimiz oldu. Bunda zədələr və itkilər də rol oynadı. Heyətdə millinin oyunçuları çox idi. Bəzi oyunlarda eniş yaşadıq. Ən vacibi odur ki, əhəmiyyətli oyunlarda qələbə qazandıq. Son 5-6 matçda özümüzə bənzəməyə başladıq. Şükürlər olsun, mövsümü iki titulla başa vurduq.

- “Qızıl dubl” etdin, ancaq qarşıda baş məşqçisi olduğun U-19 komandası ilə daha bir titul səni gözləyir...

- 5 gün sonra “Qəbələ” ilə vacib səfər oyunumuz var. Bütün komanda istirahət edəndə mən orda olacam.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotduzu-uduzacamz-duunurdukquot-t57894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR