"Biz hətta Azərbaycandan da geri qalırıq"

"Biz hətta Azərbaycandan da geri qalırıq"
19:52 5 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Almaniya futbolunda 2000-ci ildə çox dəyişikliklər oldu. 2010-cu ildən etibarən isə bunun nəticəsini görməyə başladıq. 10 il ərzində akademiyalarımızda bir çox futbolçular yetişdi. 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında isə bunun bəhrəsini gördük".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu Rumıniya millisinin baş məşqçisi Kristof Daum deyib.

Təcrübəli mütəxəssis Rumıniya mətbuatına açıqlamasında yerli futbolun hazırkı durumunu dəyərləndirib. Daum Rumıniyanın son illər gerilədiyini və ulduz futbolçu yetişdirə bilmədiyini vurğulayıb. Onun fikrincə, bütün bunların səbəbi aşağı yaş qruplarına lazımi qədər diqqət ayırılmamasıdı.

64 yaşlı almaniyalı çalışdırıcı hətta oyunçu yetişdirməkdə Azərbaycanın da rumıniyalıları qabaqladığını düşünür: "Rumıniya futbolu 2000-ci ildən sonra Almaniyada həyata keçirilən proseslə inkişaf etməlidi. Bunun üçün ilk növbədə təhsilə diqqət artırmaq və akademiyalara ciddi sərmayə yatırmaq lazımdı. Hazırkı vəziyyətdə gənc futbolçuların yetişməsində hətta Azərbaycandan da geri qalırıq. Almaniya, İspaniya və ya İngiltərədən geri qalmaq olar. Amma biz Azərbaycana da uduzuruq. Siz Lixtenşteyndə futbol oynanıldığını eşitmisinizmi? Amma biz indi onlara da uduzuruq. Rumıniya çempionatının 60 faizini əcnəbilər təşkil edir. Bir az özünü göstərən futbolçu olan kimi, onu satırlar. Akademiyaya sərmayə yatırılmasa, gənclərimiz İngiltərə, İspaniya, İtaliya kimi ölkələrə qaçacaqlar".

Qeyd edək ki, Kristof Daum keçən ildən Rumıniya yığmasını çalışdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR