Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub

Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub
19:57 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində mayın 4-də  “Xalçaçı günü” peşə bayramı qeyd olunub. 
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar müasir xalçaçılığa həsr olunan silsilə tədbirlər, "dəyirmi masa" və ustad dərsləri keçirilib.
Tədbirlərdə ölkənin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak ediblər.
"Dəyirmi masa"da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunub.
Gün ərzində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunub.
Keçirilən sərgi yarmarkasında müxtəlıif bölhələrdən  gələn toxucuların əl işlərindən ibarət xalça və xalça məmulatları göstərilir.




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/xalca-muzeyinde-xalcaci-gunu-pese-bayrami-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR