Məşhur müğənni Bakıya gəlir -

Dünyaca məşhur müğənni Merayya Keri Bakıda konsert verəcək.

Metbuat.az bildirir ki, bu barədə "Formula 1"in "feysbuk" səhifəsi məlumat yayıb.

25 iyun tarixində yarışın final mərhələsindən sonra Merayya Kerinin konsert proqramı ilə çıxış etməsi gözlənilir. Məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov da təsdiqləyib.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Merayya Keri ilə yanaşı, Tarkan, Nikol Şerzinger və "The Black Eyed Peas" qrupu da Bakıya gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR