Şvaynştayger: "Neymarı "Bavariya" forması ilə görmək istərdim"

Şvaynştayger: "Neymarı "Bavariya" forması ilə görmək istərdim"
20:05 5 May 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Bayern Munich"in sabiq futbolçusu Bastian Şvaynştayger braziliyalı həmkarı Neymar barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda "Chicago Fire"də davam etdirən Bastian bunları deyib:

"Bavariya"da kimi görmək istərəm sualına cavab vermək biraz çətindir. Yəqin ki, Neymarı "Bayern" forması ilə görmək istərdim. Amma buna özünün münasibətini bilmirəm. Düzü, Neymarın təkcə oyun tərzinin deyil, həm də şəxsi keyfiyyətlərinin pərəstişkarıyam.

Hər şey mənimlə futbolkanı dəyişdirmək istəməsindən başladı. "Bavariya"da həmin vaxr onun həmyerlisi Dante çıxış edirdi. Onun vasitəsilə formamı Neymara göndərdim. Meydanda qarşılaşanda bir-birinə hörmət göstərirdik. 2014-cü ildə istirahət vaxtı təsadüfən ona rast gəldim. Eyni yerdə bir neçə gün qaldıq. O, tipik braziliyalıdır. Neymar dünyanın ən yaxşı futbolçularından biridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR