Türkiyədə təhlükəsizlik idarəsinin müdiri FETÖ ilə bağlı cinayət işindən rüşvət alıb

Türkiyədə təhlükəsizlik idarəsinin müdiri FETÖ ilə bağlı cinayət işindən rüşvət alıb
20:07 5 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin Mersin əyalətinin Erdemli rayon təhlükəsizlik idarəsinin müdiri Əli Doğan və adı açıqlanmayan A.E. 70 min lirə (25 min 278 dollar) məbləğində rüşvət almaqda şübhəli bilinərək, tutulublar.
“Report” DHA-ya istinadən xəbər verir ki, onlar bir nəfəri Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaqdan qurtaracaqlarını vəd ediblər.
Mersin əyalət prokurorluğu FETÖ ilə əməkdaşlıqda ittiham edərək, həmin adama qarşı cinyət işi açıb. Təhlükəsizlik İdarəsinin müdiri Əli Doğan isə 70 min lirə rüşvət qarşılığında onu istintaqdan qurtaracaqlarını boyun olublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-tehlukesizlik-idaresinin-mudiri-feto-ile-bagli-cinayet-isinden-rusvet-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR