İradə Bakıya qayıdır: "Uşaqlarımı qayınanam saxlayacaq"

İradə Bakıya qayıdır: "Uşaqlarımı qayınanam saxlayacaq"
20:12 5 May 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Ailə qurduqdan sonra türkiyəyə köçən müğənni İradə İbrahimova Bakıya qayıdır.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında deyən sənətçi bildirib ki, artıq yaradıcılığı ilə ciddi məşğul olacaq.

İ.İbrahimova övladlarına qayınanasının baxacağını söyləyib:

"Burada övladlarımı etibar edəcəyim insan qayınanamdır. Bilirəm ki, o, uşaqlarıma çox yaxşı baxır. Hazırda İstanbulda yoxdur. Onun qayıtmasını gözləyirəm. Bakıya gəlib, sənətimdə qaldığım yerdən davam edəcəm. Burada yeni fotosessiya da etdirəcəm. Gövhər Həsənzadədən mahnılar almışam. Hazırda aranjimandadır. Deyirlər, mayda heç nə etməzlər, toy olmur. Mənim üçün belə bir məhdudiyyət yoxdur. Verilişlərə də çıxacam, mahnılar da təqdim edəcəm. 

Bacardığım qədər ailəmə də vaxt ayıracam".

Qeyd edək ki, İ.İbrahimovanın İpək adlı qızı, Əli adlı oğlu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR