Putin: “2028-ci ildə Olimpiya oyunlarını keçirə bilərik”

Putin: “2028-ci ildə Olimpiya oyunlarını keçirə bilərik”
21:28 5 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya 2028-ci il Yay Olimpiya oyunlarının ev sahibliyinə iddia edə bilər.

Publika.az xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin “Associated Press” agentliyinin jurnalisti Devid Millerə müsahibəsində bildirib.

“Mən ancaq Moskva haqqında deyil, ümumiyyətlə Rusiya haqqında danışardım. Ölkəmizin yalnız paytaxtı deyil, bir sıra şəhərləri potensial olaraq Yay Olimpiya Oyunlarını keçirməyə hazırdır. Məsələn, idman yarışı Sankt-Peterburq, Kazan və yaxud Soçidə keçirilə bilər”, - Putin deyib.

O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti hələ ki, bu barədə hansısa bəyanat verməyə hazır deyil.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR