"ABŞ dünya problemlərinin həllində liderliyi itirir"

"ABŞ dünya problemlərinin həllində liderliyi itirir"
21:37 5 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dünya problemlərinin həllində liderliyi itirir, Avropa İttifaqı isə əksinə etibarlı tərəfdaşa çevrilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini bəyan edib.

"Avropa İttifaqı dünyada irimiqyaslı problemlərin həllində etibarlı tərəfdaş mövqeyi tutmaq imkanına malikdir. ABŞ isə bir çox sahələrdə liderliyi itirir", deyə F.Moqerini bildirib.
 
ABŞ prezidenti Donald Trampın gözlənilməz siyasəti barədə sualı cavablandıran F.Moqerini bildirib ki, Avropanın yolu təxribatlarla oynamaqdan ibarət deyil.
 
"İnsanlar Avropa İttifaqından nə gözlədiklərini bilirlər. Hazırkı geopolitik vəziyyətdə isə bu çox önəmlidir", deyə F.Moqerini vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR