İtaliyanın “rəqs edən milyonçu”su artıq Bakıdadır

İtaliyanın “rəqs edən milyonçu”su artıq Bakıdadır
21:39 5 May 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki artıq Bakıdadır.

 

Lent.az-ın “trend”ə istinadən məlumatına görə, öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gələn Vakki "Elektra Hall" səhnəsində çıxış edəcək.

 

Festival ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Mayın 10-dək davam edən festival zamanı çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR