Messi "Barselona"nın təklifinə "yox" dedi

"Barselona" hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Metbuat.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu sazişlə bağlı ilkin təklifi rədd edib.

AS iddia edir ki, ulduz oyunçuya illik 30-35 milyon avro məvaciblə 2022-ci ilə qədər nəzərdə tutulmuş müqavilə təklif olunub.

Messinin klubla olan müqaviləsi 2018-ci ilin yayında bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR