Rayon maşınlarının Bakıya girişinə nəzarət tədbiri daha da gücləndirildi - VİDEO

Rayon maşınlarının Bakıya girişinə nəzarət tədbiri daha da gücləndirildi - VİDEO
21:47 5 May 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən paytaxtın şimal və cənub girişlərindən rayon qeydiyyatında olan avtomobillərin girişinə olan qadağaya nəzarət daha da gücləndirilir.

Milli.Az bildirir ki, bu məqsədlə yol polisi gücləndirilmiş rejimdə işləyir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı son vəziyyəti açıqlayıb. Bu üsulla paytaxdakı avtomobil sayının günlük ən azı 50 min azalacağı gözlənilir.

Kamran Əliyev Bakıda avtomobillə çox vacib işi olan rayon sakinlərinin problemlərini həll etmək üçün də kifayət qədər şəraitin yaradıldığını bildirib.

Rayon qeydiyyatında olan avtomobillərə gündüz vaxtı şəhər daxilində rast gəlinərsə, onlar paytaxdan çıxarılacaq. Bu zaman sürücülərə cərimə protokolu yazılmayacaq.
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtın sarı zolaq çəkilən küçələrində yerləşən iş yeri sahiblərinə və həmin ərazidə avtomobillərini park edən sürücülərə də müraciət ünvanlayıb. Zolaqların birində hərəkət məhdudlaşdırıldığı üçün bu ərazilərdə avtomobil park edənlərin maşınlarını ya binaların həyətində saxlamaları, ya da işə ictimai nəqliyyatla gəlmələri tövsiyyə olunub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rayon maşınlarının Bakıya girişinə nəzarət tədbiri daha da gücləndirildi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR